“17 yaşlı övladını istədiyi kişiyə ərə verdi” – prokurorluq 1 nəfəri ittiham edib
Neytral.ge xəbər verir ki, Gürcüstan Prokurorluğu zərərçəkmişin atasını azyaşlı uşağı ərə verməyə məcbur etməkdə ittiham edib.
Qurumun məlumatına görə, təqsirləndirilən şəxsin 17 yaşlı övladını öz istəyinə zidd olaraq istədiyi kişiyə ərə verməyə məcbur etdiyi müəyyən edilib.
„Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 17 yaşlı uşağını cinsi ayrı-seçkiliyə əsaslanan dözümsüzlük zəminində öz iradəsinə zidd olaraq öz seçdiyi kişi ilə ailə qurmağa məcbur edib. Zərərçəkmiş evlənməmək üçün ölkəni tərk etməyə çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi avqustun 28-də həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsi, 150-ci Prima maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi (bir ailə üzvü tərəfindən digər ailə üzvünə qarşı zorla nikaha girmə, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilən) ilə ittiham olunub və 2 ildən 4 ilə qədər həbs nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək”, – deyə məlumatda bildirilir.