18 gündən sonra İvanişvilini yola salacağıq – Xazaradze

Biz dəqiq bilirik ki, müxalifət ciddi şəkildə “Gürcü arzusu”ndan irəlidə gedir – Mamuka Xazaradze daxili araşdırmalardan danışır

“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri olan Mamuka Xazaradze daxili araşdırmalardan danışır və müxalifətin “Gürcü arzusu”nu ciddi şəkildə geridə qoyduqlarını dəqiq bildiklərini deyir.

Xazaradzenin “Reaksiya”da dediyi kimi, ictimaiyyət bunu 18 gündən sonra görəcək.

„Bizim daxili araşdırmalarımız var, onları ictimaiyyətə açıqlamırıq və biz onları son bir ildir aparırıq və çox səlahiyyətli beynəlxalq tərəfdaşların dəstəyi və iştirakı ilə həyata keçiririk. Ona görə də siz bunu seçkilər zamanı görəcəksiniz ki, bu gün danışdıqlarım 18 gündən sonra imzalanacaq”, – Xazaradze bildirib.

Xazaradzenin sözlərinə görə, “18 gündən sonra, “Gürcü arzusu” və İvanişvilini yola salandan sonra, elə ertəsi gün Avropaya sürətli inteqrasiya və danışıqlara başlanılacaq”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Sanksiyaları İvanişvilidən başlamalıyıq – Teras

Növbəti Məqalə

Yanğın səbəbindən 2 nəfər xəsarət alıb

Oxşar Xəbərlər