20 ildə üstü açılmayan qətl – Elmar Hüseynovun qətlindən 20 il keçdi

Jurnalist Elmar Hüseynovun qətlindən 20 il keçdi, əslində onun öldürüldüyü günü ayın 2-də yada salmalıydıq, amma təəssüflər olsun ki, Azərbaycan və Gürcüstanda baş verənlər, konkret olaraq Azərbaycan və eləcə də Gürcüstanda repressiyalar, insanlara, müstəqil mətbuata qarşı təzyiqlər və həbslər elə bir həddədir ki, Elmar Hüseynov kimi şəxsin anım günü də bir neçə günlük unuduldu.

20 il əvvəl jurnalistika fəaliyyətinə görə sifariş ilə qətlə yetirilən, tapançadan 7 atəş açılan Elmar Hüseynovun yüzlərlə həmkarı, məcburiyyət qarşısında qalıb xaricdə yaşayan, o cümlədən Əfqan Sadıqov, son illər ərzində həbsxanalara salınıb, işlədikləri mətbuat qurumları isə qeyri-qanuni elan edilib.

Elmar Hüseynov 2 mart 2005-ci ildə Bakıda evinin qarşısında güllələnərək qətlə yetirilib, jurnalistə tapançadan 7 atəş açılıb, buna baxmayaraq indiyə qədər heç kim bu cinayətə görə məsuliyyətə cəlb edilməyib.

Elmar Hüseynov Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərini tənqidi məqalələri ilə tanınıb. Bir qayda olaraq onun rəhbərlik etdiyi “Monitor” jurnalında korrupsiya, qohumbazlıq, yerlibazlıq, hakimiyyətdaxili münasibətlərlə bağlı dərc edilən məqalələr geniş müzakirələrə səbəb olub.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə “Monitor” jurnalını təsis edib. Hüseynov həmçinin “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi.

Neytral.ge azad və müstəqil xəbər portalı olaraq, yaxın günlərdə Elmar Hüseynovun qətli ilə bağlı süjet təqdim edəcəyik. Bu günə qədər açıqlanmayan və ya qəsdən gizli saxlanılan bəzi həqiqətləri ictimaiyyətə çatdırmağa çalışacağıq.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Çin ABŞ-la savaşdan qorxmadığını bəyan etdi

Növbəti Məqalə

ABŞ Çin təsirinə qarşı mübarizə elan edir – İvanişvili nə edəcək?

Oxşar Xəbərlər