Dekabrın 6-da, səhər tezdən 20 yaşlı Luka Cabua evində həbs edilib.
İstintaq onu Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə törədilmiş cinayətdə, qrup halında zorakılığı təşkil etməkdə, ona rəhbərlik etməkdə və ya iştirak etməkdə ittiham edir.
Gənc Diğomi təcridxanasına köçürülüb. Artıq vəkil Rusudan Aqulaşvili ona baş çəkib.
Vəkil deyir ki, mitinqlərdə huquq-mühafizə orqanlarının əməkdaşları ilə təmasda olmadığından və daha çox mitinqin arxa cərgələrində dostları ilə dayandığından hüquq-mühafizə orqanlarının əməkdaşlarının nədən mübahisə etməsi müvəkkili üçün aydın deyil:
“20 yaşlı oğlan dəstə zorakılığı təşkil etdiyinə görə həbs edilib. Bu 225-ci maddənin birinci hissəsinə aiddir. Biz hələ işin materiallarını bilmirik. Mobil telefonu əlindən alınıb. Gəncin söhbət hansı təşkilatdan, hansı məqamdan getdiyindən xəbəri yoxdur. Əgər işin materialları ilə tanış olsaq, o zaman daha çox təfərrüatları biləcəyik”, – vəkil deyir.