2024-cü ildə 17 ölkədə ən azı 54 jurnalist öldürülüb

“Sərhədsiz Reportyorlar” Təşkilatının (The Reporters Without Borders – RSF) hesabatına görə, 2024-cü ildə 17 ölkədə ən azı 54 jurnalist öldürülüb.

Hesabatda deyilir ki, döyüş bölgələrində 31 jurnalist öldürülüb ki, bu da 2020-ci ildən bəri ən yüksək göstəricidir.

Jurnalistlərin əksəriyyəti – 16 nəfər Qəzza zolağında döyüşləri işıqlandırarkən həlak olub.

“Sərhədsiz Reportyorlar” Təşkilatı jurnalistlərin İsrail hərbçilərinin hərəkətləri nəticəsində öldüyünü bildirib. İsrail jurnalistlərin öldürülməsinin qəsdən olmadığını iddia edir. Jurnalist araşdırması isə bu iddiaya şübhə ilə yanaşır.

“Sərhədsiz Reportyorlar” Təşkilatı qeyd edib ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında döyüşlər başlayandan bəri ən azı 145 jurnalist ölüb. Onlardan 35-i peşə vəzifələrini yerinə yetirərkən həlak olub. Jurnalistlər həmçinin İraq, Sudan, Myanma və Ukraynada gedən döyüşləri işıqlandırarkən həlak olublar.

Dünyada həbsdə olan 550 jurnalist var. 2024-cü ildə saxlanılanların sayı 7,2% artıb.

Jurnalistlərin ən çox həbs edildiyi dörd ölkə Çin (124, o cümlədən Honkonqda 11), Myanma (61), İsrail (41) və Belarusdur (40).

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Barselona” və “Real”ın gürcü azarkeşləri İvanişvili hakimiyyətinə qarşı birləşib

Növbəti Məqalə

İranda “İffət və Hicab Qanunu”nun icrası dayandırılacaqmı?

Oxşar Xəbərlər