2025-ci ildə kimlərin əmək haqqları artacaq? – Siyahı

Hökumət büdcəsinin xərclər hissəsi 31,2 milyard lari təşkil edən 2025-ci il büdcəsinin ilkin variantını parlamentə təqdim edib.

Neytral.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2025-ci il büdcə layihəsinin ilkin variantında səhiyyə işçilərinin maaşlarının 10% artırılacaq ki, bunun üçün də 2025-ci il büdcəsinin ilkin layihəsinə əsasən, səhiyyə proqramlarının maliyyələşdirilməsinə 1,9 milyard laridən çox vəsait ayrılıb.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Nazirlik tərəfindən səhiyyə və sosial müdafiə proqramlarının maliyyələşdirilməsi 870,0 milyon laridən çox vəsait ayrılıb. Ayrılan vəsaitlə 70 yaşdan yuxarı pensiyaçıların pensiyası 35 lari artırılaraq 450 lari müəyyən ediləcək. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası isə təxminən 540 lariyə bərabər olacaq;

Yaşı 70-dən az olan şəxslərin pensiyası 20 lari artacaq və 335 lari məbləğində müəyyən ediləcək, yüksək dağlıq yaşayış məntəqələrində isə 400 lari olacaq;

Pensiyadan əlavə, 18 yaşınadək əlilliyi olan şəxslər üçün sosial müavinətdə 35 lari, digər kateqoriyadan olan əlillər üçün müavinətdə isə 20 lari artacaq;

120 min sosial reytinq balına qədər olan ailələrin 16 yaşınadək uşaqlarına aylıq yardım 200 lari;

Ümumilikdə sosial proqramların maliyyələşdirilməsi 6,3 milyard lari təşkil edir;

Məcburi köçkünlərin evlə təmin olunması üçün 240,0 milyon lari nəzərdə tutulub”, – məlumatda deyilir.

2025-ci ilin büdcə layihəsinin ilkin variantına əsasən, dövlət ümumtəhsil məktəblərinin inzibati heyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşlarının 10 faiz artırılması nəzərdə tutulub.

Bundan başqa, Maliyyə Nazirliyindən verilən məlumata görə, uşaq bağçalarının işçilərinin də maaşları artacaq.

Dövlət məktəblərinin tikintisi və bərpası üçün 560 milyon laridən çox vəsait ayrılıb;
Uşaq bağçalarının tikintisi və bərpasına 180,0 milyon laridən çox vəsait sərf olunacaq”, – məlumatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qiorqi Vaşadze: “Biz heç vaxt azadlıq və vətən sevgisinə görə üzr istəməyəcəyik”

Növbəti Məqalə

Gürcüstan prezidenti almaniyalı həmkarı ilə görüşüb

Oxşar Xəbərlər