2,6 kiloqram qızıl-zinət əşyaları aşkar edilib

Gömrük sərhədində bəyan edilməmiş 2,6 kiloqram qızıl-zinət əşyaları aşkar edilib.

Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, malların ümumi gömrük dəyəri 350 723 lari təşkil edib.

„Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp” gömrük keçid məntəqəsində Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilinə şübhə əsasında gömrük baxışı nəticəsində salondakı anbarda gömrükçülər tərəfindən 2,6 kiloqramlıq bəyan edilməmiş qızıl-zinət əşyaları iki bağlamaya qablaşdırılmıs hallda müəyyən edilib. Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 350 723 lari təşkil edib. İş materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.

Son altı ayın məlumatlarına görə, gömrük nəzarəti çərçivəsində SGP. “Sarp”da ümumi gömrük dəyəri 1 milyon 401 min 119 lari təşkil edən bəyannaməsiz, çəkisi 10 kiloqrama qədər olan qızıl məmulatların ölkəyə gətirilməsi ilə bağlı 67 fakt aşkar edilib”, – deyə qurumun açıqlamasında bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Seçkilərə 15 gün qalmış İvanişvilinin mesajları

Növbəti Məqalə

“Gürcü arzusu”nun 12 ili – nə vəd etmişdilər və nəyi etdilər?

Oxşar Xəbərlər