26 oktyabr referendum günüdür – Zurabişvili

Prezident: İvanişvili bizi Rusiyanın təsiri altında olmağa sövq edir

Prezidentin sözlərinə görə, Bidzina İvanişvilinin ölkəni Rusiyanın təsiri altında olub-olmayacağını oktyabrın 26-da keçiriləcək parlament seçkilərində vətəndaşların seçimi müəyyən edəcək.

Neytral.ge xəbər verir ki, Salome Zurabişvili prezident administrasiyasında keçirilən brifinqdə müvafiq bəyanatla çıxış edib. 

Onun sözlərinə görə, 26 oktyabr referendum günüdür: 

„Bu seçim bizim gələcəyimizin Avropa olacağını, yoxsa Rusiyanın təsiri altında olacağımızı müəyyənləşdirəcək, cənab Bidzina İvanişvilinin bizi buna sövq etdiyi budur.

Ona görə də 26 oktyabr adi seçki günü deyil (zərurət yarandıqca bunu təkrarlayacağam). Bu, əsas seçim günüdür, referendum günüdür – suverenliyi, azadlığı, müstəqilliyi və Avropa dəyərlərini seçmək və ya gələcəyimizi Rusiyaya vermək günüdür.

Bu gün yalnız bir seçim var – ya Avropa, ya Rusiya və biz bu ölkəni heç vaxt heç kimə verməmişik və verməyəcəyik. Bu seçim bizim birgə məsuliyyətimizdir və biz bu məsuliyyətdən qaçıb onu gələcəyə daşıya bilmərik”. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Kazbeqi” gömrük-keçid məntəqəsində hərəkət məhdudlaşdırılacaq

Növbəti Məqalə

İsə Hüseynovun ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb

Oxşar Xəbərlər