26 Oktyabr seçkilərinə görə işğal olunmuş Çxinvali Gürcüstanla sərhədi açmayacaq

Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq “Mosabruni” kimi tanınan “Razdaxan” və “Perevi” keçid məntəqələri bağlanacaq.

Neytral.ge xəbər verir ki, bu barədə qərar Çxinvalində Prezident Alan Qaqloyev sədrlik etdiyi “Təhlükəsizlik Şurası”nın çağırılan operativ iclasında qəbul edilib.

Qaqloyevin mətbuat xidmətinin məlumatına görə, qondarma sərhəd “Cənubi Osetiya əhalisinin təhlükəsizliyini təmin etmək və Gürcüstanın qərbyönlü və millətçi radikal qüvvələrinin mümkün təxribatlarını istisna etmək üçün” bağlanacaq.

“Qərb ölkələrinin kəşfiyyat xidmətləri və səfirlikləri artıq açıq şəkildə işləyirlər və parlament seçkiləri zamanı Gürcüstanda vəziyyətin nəzarətdən çıxması üçün hər şeyi edəcəklər”, – Qaqloyev görüşdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda parlament seçkiləri ilə bağlı vəziyyət çətinləşir.

“Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək və daxil olan məlumatları, o cümlədən açıq mənbələrin də məlumatlarını nəzərə alsaq, vəziyyətin mürəkkəbləşdiyini görürük”, – Qaqloyev qeyd edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Enqur HES-in direktorunun planı

Növbəti Məqalə

Natsvlişvili: Mdinaradzenin bəyanatı birbaşa Moskvada yazılıb

Oxşar Xəbərlər