Prezident: 26-da gürcülər Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçim edəcəklər.
“Bu gün Gürcüstan və onun gələcəyi üçün dönüş nöqtəsidir. Gürcüstan tarixi seçkilərə hazırlaşır. Oktyabrın 26-da gürcü xalqı Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçim edəcək. Bu, praktiki olaraq referendumdur və mən əminəm ki, Gürcüstan əhalisi keçmişdə olduğu kimi (həlledici seçimin edilməli olduğu bütün anlarda) Avropanın dinc və müstəqil gələcəyinin xeyrinə öz seçimini edəcək”, – Gürcüstan Prezidenti Salome Zurabişvili Polşa Prezidenti Anjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.