MSK üç müxalifət koalisiyasının tələbini yerinə yetirərək onların seçki siyahılarını ləğv edib.
MSK „Dəyişiklik”, „Birlik – Milli Hərəkat” və „Güclü Gürcüstan” Koalisiyasının müraciətini təmin edib və subyektlərin təqdim etdiyi seçki siyahılarını ləğv edib. Agentlik yazır ki, siyahıların ləğv edilməsinə baxmayaraq, MSK “26 oktyabr 2024-cü ildə keçirilmiş seçkilərlə bağlı göndərilən məktublarda və parlament seçkilərinin nəticələrinin yekun protokolunda ifadə edilən siyasi mahiyyəti və əsassız qiymətləndirmələrlə razılaşmır”.
Məlumat üçün bildirək ki, MSK-ya siyahılarının ləğv edilməsi ilə bu gün “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat” koalisiyası müraciət edib. Noyabrın 25-də isə MSK-ya siyahılarının ləğv edilməsi ilə bağlı „Dəyişiklik üçün” koalisiya müraciət etmişdir. Qiorqi Qaxariyanın partiyasında isə „lazım bildikləri zaman siyahıların ləğvi üçün addım atacaqlarını” deyirlər.