İordaniyada İsrail səfirliyi yaxınlığında atışma nəticəsində 3 polis yaralanıb, hücum edən şəxs öldürülüb.
Noyabrın 24-də İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında baş verən atışmada 3 polis əməkdaşı yaralanıb, ikitərəfli atışma nəticəsində hücum edən şəxs yerindəcə öldürülüb.
İordaniyanın Petra agentliyinin məlumatına görə, hadisə noyabrın 24-nə keçən gecə baş verib. Hücumçu əvvəlcə polis patruluna atəş açıb, sonra isə qaçmağa çalışıb. Polislə hücum edən şəxs arasında qarşılıqlı atışma nəticəsində hücum edən şəxs yerindəcə dünyasını dəyişib.
İsrail səfirliyi Əmmanın Rabia rayonunda yerləşir. “The Times of Israel” qeyd etdiyi kimi, bu ərazidə tez-tez İsrail əleyhinə nümayişlər keçirilir.