33 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb

Ötən ay Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununu əsas tutaraq müxtəlif ölkələrin 33 vətəndaşını ölkədən çıxarıblar.

Neytral.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə məcburi şəkildə ölkədən çıxarılıb.

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan Qanunu əsasında – İran İslam Respublikası, İordaniya Haşimilər Krallığı, Hindistan Respublikası, Türkiyə Respublikası, Misir Ərəb Respublikası, Azərbaycan Respublikası, Avstraliya, Pakistan İslam Respublikası, Nigeriya Federativ Respublikası, Çin Xalq Respublikası, İraq Respublikası və Rusiya Federasiyasının ümumilikdə 33 vətəndaşı ölkədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşları müəyyən etmək və onların Gürcüstandan çıxarılmasını həyata keçirməkdir”, – məlumatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Netanyahu ölən girovların ailələrindən üzr istəyib

Növbəti Məqalə

Anna Maria Bildt “Gürcü Arzusu”na

Oxşar Xəbərlər