Saqarecoda nə baş verdi? – 38 yaşlı kişi çoxsaylı bədən xəsarətləri ilə ölü tapılıb.
Saqareco bələdiyyəsinin Antok kəndində 38 yaşlı kişi meyiti tapılıb.
Yerli sakinlərin verdiyi məlumata görə, mərhumun üzündə xəsarətlər var, bədəninin sağ tərəfində isə kəsici-deşici əşyanın vurduğu yaralar var.
İndiki mərhələdə kişinin hansı şəraitdə və hansı səbəbdən öldürüldüyü məlum deyil.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başlayıb.