Konstitusiya Məhkəməsində prezidentin maraqlarını Eka Beseliya da daxil olmaqla 5 nümayəndə müdafiə edəcək

Konstitusiya Məhkəməsində “Xarici təsirin şəffaflığı” qanununun konstitusiya iddiasına baxılarkən prezidentin nümayəndələri Eka Beseliya, Kaxi Samxaradze, Zurab Maçaradze və Qiorqi Burcanadze olacaq.

Neytral.ge xəbər verir ki, Eka Beseliyanın iclasdan əvvəl jurnalistlərə verdiyi məlumata görə, bu iddiaya baxılması məhkəmə üçün daha bir və bəlkə də ən böyük sınaqdır.

“Bu qərar və bu iş ölkənin demokratik, avropalı və ədalətli gələcəyini müəyyənləşdirir. Bunu hər kəs yaxşı başa düşməlidir! Heç bir qanun bu qədər etiraza səbəb olmamışdı, vətəndaşlarımız hiss edirdi ki, [qanun] Gürcüstanın Avropa gələcəyini təhdid edir. İndi şansdır və bu şansdan istifadə etməlidirlər. Bu, məhkəmə üçün daha bir və yəqin ki, ən böyük sınaqdır”, – Eka Beselia bildirib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsində “Xarici təsirin şəffaflığı haqqında” qanunun icrasının dayandırılması və ləğvi ilə bağlı iddiaya baxılmağa başlanıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Putin Kurskda əks-hücum edəcək

Növbəti Məqalə

VMH-ın lideri ABŞ-ın ayırdığı yardım haqqda

Oxşar Xəbərlər