Avqustun 31-də Çxinvalinin işğalçı rejimi Gürcüstan vətəndaşı olan 17 yaşlı qızı Axalqori bələdiyyəsinin Tsinaqar kəndi yaxınlığında faktiki sərhədi pozmaqda ittiham edərək həbs edib.
Neytral.ge xəbər verir ki, bu barədə “Exokavkaza” məlumat yayıb.
Çxinvalinin qondarma işğal rejiminin təhlükəsizlik xidməti bu gün bəyanat yayıb ki, sentyabrın 1-də Gürcüstanın azyaşlı vətəndaşı səhhətinə görə “cərimə olmadan evə göndərilib”.
“Exokavkaza”nın yazdığına görə, Gürcüstan tərəfi Çxinvalinin işğal rejiminin yaydığı məlumatı şərh etməyib.