“Bu, başqa bir cəfəngiyat və absurddur – Bidzina İvanişviliyə sanksiya tədbiq edilir.
Bununla bağlı onun özü bir neçə dəfə açıqlama verib – Avropaya, İsveçrənin aparıcı banklarından birinə külli miqdarda pul həvalə edib.
Bank bu adamı qarət etdi – sonra o, məhkəmənin bütün instansiyalarında qalib gəldi.
Buna baxmayaraq, onun vəsaiti dondurulur.
Bu, adi siyasi qərardır, siyasi şantajdır ki, İvanişvili ölkənin maraqlarından əl çəkəcək və bunun müqabilində vəsait ayrılacaq – lakin bu, baş verməyəcək, mümkün deyil.
Ürəyimi parçalayır ki, bu insanı hələ də tanımayıblar, onun münasibəti prinsipialdır. Ona görə də şantaj və təhdidlərin mənası yoxdur.
Bidzina İvanişvili heç vaxt ölkənin mənafeyindən əl çəkməyəcək”.- Tbilisi meri Kaxa Kaladze jurnalistin: “Gürcü arzusu” İsraildən Bidzina İvanişvilinin sanksiyaya məruz qalmaması üçün kömək istəyir, doğrudurmu?” – sualını belə cavablandırıb.