Xüsusi İstintaq Xidməti tərəfindən beş polisi döyməkdə ittiham olunan Lizi Tirkia deyir ki, onun boyunu görəndə “absurd ittihamını geri götürüblər”.
Tirkia əmindir ki, onu və dostlarını qorxutmaq üçün onun haqqında araşdırmaya başlayacaqlar.
Etirazçı deyir ki, hadisəni müstəntiqə təfərrüatı ilə desə də, ədalətli istintaqa ümidi yoxdur.
“İstintaqda mənə dedilər ki, qeyri-müəyyənlik var. Gələndən sonra mənim 155 sm boyunda olduğumu görüb absurd ittihamlarından geri çəkildilər.
Məni və dostlarımı qorxutmaq üçün barəmdə araşdırma aparacaqdılar, amma əvvəl bibər qazının menə əarşı istifadə etdiklərini gözdən qaçırdılar və nəticədə xəstəxanaya düşdüm.
İndiyədək istintaq orqanlarının bu cür “səhvləri” mənim ağlıma gəlmirdi, amma indi məni heç nə təəccübləndirmir.
İstintaqla bağlı – mən müstəntiqə bütün faktları təfərrüatı ilə dedim, lakin hələ də hər hansı zorakılıq faktını araşdırmayan qurumdan, istər siyasi liderlərə, istərsə də ictimai fəallara, təbii ki, heç bir gözləntim yoxdur ki, mən birinci tək adam olacağam”, – Tirkia yazır.
19 noyabr mitinqinin iştirakçısı Lizi Tirkia bu gün Xüsusi İstintaq Xidmətinə çağırılıb. Onun dediklərinə görə, o 5 nəfər polisi döyməkdə şübhəli bilinirdi.