“Əvvəlcə su, yol və sonra Şənlik”

Neytral.ge xəbər verir ki, bu gün Saqareco bələdiyyəsinin Keşəli kəndində „Çay festivalı” keçirilib.

Festivaldan canlı yayım edərək, ictimai fəal Tozu xanım Gülməmmədova sosial şəbəkələrdə görüntüləri paylaşıb. Onun sözlərinə görə festivalı yerli bələdiyyə təşkil edib, festivalda iştrak etmək üçün Azərbaycandan Nəfəs adlı müğənli də dəvət olunub. Həmçinin, Barışıq və Bərabərlik Məsələləri üzrə Gürcüstan Dövlət Nazirinin müavini Lia Qiqauri, Saqareco rayonunun bələdiyyə rəhbəri, müavini və bir neçə vəzifəli şəxslər festivalda iştrak edib.

Şənliyin gedişi ilə paralel ictimayi fəallar əllərində plakatlar tutaraq regionda, azərbaycanlıların yaşadıqları bu kənddə su və yol problemlərinin olduğunu və bu problemlərin bu günə qədər həllinin tapılmamasına qarşı öz etirazlarını bildiriblər. Plakatlarda hər iki dildə „Əvvəlcə su, yol və sonra Şənlik” yazılib.

Daha geniş məlumatı video süjetimizdə izləyin

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Güclü Gürcüstan” koalisiyasının vətəndaşlarla növbəti görüşü

Növbəti Məqalə

Hökumət təbliğatı ermənifobiya kampaniyasına başladı

Oxşar Xəbərlər