95 ukraynalı hərbçi rus əsirliyindən azad edilib – bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsində məlumat verib.
“95 döyüşçümüz vətənə qayıtdı – Mariupol, Azovstal, Donetsk, Luqansk, Xarkov, Kiyev və Xerson vilayətlərini müdafiə edən insanlar.
Hər dəfə Ukrayna öz xalqını rus əsirliyindən azad edəndə biz rus əsirliyində olan hər kəsin azad ediləcəyi günə yaxınlaşırıq.
Axtarış və xilasetmə qrupuna təşəkkür edirəm.
Ruslara əsir düşən hər bir insanımızı xilas etmək üçün əlimizdən gələni edirik.
Mübadilə fondunu dolduran əsgərlərə və bizə kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm”, – Zelenski yazıb.