Parlamentin “Gürcü arzusu” və “Xalq hakimiyyəti” nümayəndələrinin iştirak etdiyi plenar iclasında 49 müxalifətçi deputatın səlahiyyətləri dayandırılıb.
“Birlik – Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan” partiyalarının üzvlərinin mandatlarının dayandırılması məsələsi müzakirə olunub. “Gürcüstan Naminə” baryeri keçən 4-cü tərəf mandatına xitam vermək üçün qanunverici orqana müraciət etməyib.
Birlik-Milli Hərəkat koalisiyası və Dəyişiklik Koalisiyası noyabrın 12-də parlament siyahılarının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edib və 11-ci çağırış Parlamentinə daxil olmaqdan imtina edib.
“Güclü Gürcüstan” koalisiyasının üzvləri də mandatdan imtina barədə bəyanatlarla Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.