“Sanksiyalar gəlir” – ABŞ Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson X-də bu barədə yazır.
Onun sözlərinə görə, “İvanişvili və onun quldurları Gürcüstan limanını satıblar, müxalifətçi deputatları qovmaqla, nümayişçilərə qarşı amansızlıqla öz diktaturalarını axmaqcasına tətbiq edirlər”.
“Bidzina İvanişvili və “Gürcü arzusu” quldurları ABŞ və Aİ-nin təkliflərinə baxmayaraq, Gürcüstanın limanını və minerallara çıxışını Çin Kommunist Partiyasına satıblar. İndi onlar axmaqcasına 49 müxalifət deputatını parlamentdən qovmaqla və ciddi yoxlamalara baxmayaraq nümayişçilərə qarşı amansızlıqla öz diktaturalarını tətbiq edirlər – sanksiyalar gəlir!”.