Rejimin bütün sərhədləri aşmasının bariz təzahürlərindən biri də fəalları döyməsidir

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya Proqramının direktor müavini Reyçel Danberi Gürcüstandakı hadisələrlə bağlı “Amerikanın Səsi”nə müsahibə verib.

Onun fikrincə, üz sümüklərinin qırılması, Avropanın gələcəyinin keşiyində dayanan vətəndaşlara işgəncə verilməsi İvanişvili rejiminin bütün sərhədləri aşmasının bariz təzahürlərindən biridir.

Reyçel Danberi həmçinin deyir ki, xüsusi təyinatlıların qeyri-mütənasib güc tətbiq etdiyini göstərən çoxsaylı videolar var, lakin heç bir hüquq-mühafizə orqanı əməkdaşı cəzalandırılmayıb. 

“Hesab edirəm ki, bu, hakimiyyətin bütün sərhədləri aşmasının bariz təzahürlərindən biridir. Çox şey deyir ki, bir tərəfdən sizdə polis tərəfindən döyülən çox adam var və bunun video çəkilişləri və ya şahidləri var, xüsusi təyinatlılar insanları sümüklərini sındıracaq qədər döyürlər və bütün bunlar araşdırılmır; Bunun problem olduğunu məmurlara başa salacaq heç bir hərəkət, qınama, heç nə yoxdur.

Digər tərəfdən, Mzia Amaqlobelinin işi var, açıq-aşkar hay-küy olanda adamlar çox idi və o, təcridxanadan çıxanda çaşqın vəziyyət yarandı və nəsə baş verdi. Və birdən-birə bütün hüquq-mühafizə orqanlarının səyi səfərbər olur ki, jurnalist olan, tənqidi yazıları ilə tanınan həmin o bir nəfəri cəzalandırsınlar. İstintaq səlahiyyətlərini buna sərf edirsiniz? həqiqətən? Bu, çox ciddi problemlərdən xəbər verir”, – Reyçel Danberi bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

38 yaşlı kişinin meyiti haradan tapılıb?

Növbəti Məqalə

“Sistem məhv edilməlidir” – tələbələr 26 gündür İliya Dövlət Universitetində gecələyirlər

Oxşar Xəbərlər