Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 37 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.
Müxtəlif ölkələrin, o cümlədən Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriya vətəndaşları Gürcüstandan çıxarılıb.
“Ötən ay Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu əsasında müxtəlif ölkələrin 37 vətəndaşını ölkədən çıxarıblar.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən, Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriyadan ümumilikdə 37 vətəndaş ölkədən çıxarılıb” – Daxili İşlər Nazirliyi yazır.