Hücum nəticəsində vətəndaş Laşa Qabitaşvilinin beyni silkələnib. Bu barədə İnqoroqva klinikasının həkimi məlumat verib.
“Onun dediyinə görə, baş, üz, döş qəfəsi nahiyəsindən zərbələr alıb. Klinikaya gətirildikdən sonra müvafiq analizlər aparılıb, xəstənin beyin silkələnməsi var. Biz ona xəstəxanaya yerləşdirməyi təklif etdik, amma o, imtina edir və imzasına əsasən klinikanı tərk edəcəyini deyir” – həkim deyir.
Vətəndaş Laşa Qabitaşvili evinin yaxınlığında 3 naməlum şəxs tərəfindən hücuma və fiziki təzyiqə məruz qalıb.
“Səhər saat 9-da mən iti gəzdirəndə üstümə hücum çəkib döyürsünüz, çox gülməlidir, amma onu bilin ki, burada heç kim heç nədən qorxmur və biz mütləq məqsədimizə çatacağıq.
Onların kim olduğunu bilmirəm, itimi gəzdirirdim, qəfildən üç maskalı adam yanıma gəldi”, – Qabitaşvili Facebook Live-da bildirib.
Məlumat üçün bildirək ki, yanvarın 13-də Bidzina İvanişvilinin müavinləri Viktor Sanikidze və İrakli Zarkua Əbu-Dabidəki otellərdən birində vətəndaş Laşa Qabitaşviliyə fiziki təzyiq göstəriblər. Qabitaşvili qarşıdurmanın videogörüntülərini öz Facebook səhifəsində yayıb.