Kiyevə raket zərbələri nəticəsində bir nəfər həlak olub. Bu barədə məlumatı Ukraynanın paytaxtının meri Vitali Kliçko yayıb. Onun öz məlumatına görə, yaralananlar arasında 9 yaşlı qız da var.
“Obolonsk rayonunda bir nəfər ölüb, üç nəfər yaralanıb. Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya çatdırılıb, birinə yerindəcə tibbi yardım göstərilib”, – deyə mer bildirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verir ki, hazırda xilasedicilər Kiyevin Obolonsk, Svyatoşinski və Qolosevski rayonlarında Rusiyanın hücumunun nəticələrini təmizləyir. Onların məlumatına görə, iki inzibati bina dağıdılıb. Binalardan birində yanğın baş verib, yanğını söndürməyə müvəffəq olublar.