Mzia Amaglobelinin işi bizi xüsusilə narahat edir – Almaniya səfirliyi

Almaniyanın Gürcüstandakı səfirliyi ölkədə baş verən hadisələrdən, o cümlədən etiraz aksiyaları zamanı həbs olunan şəxslərin məhkəmələri və Mzia Amaqlobelinin işi ilə bağlı bəyanat yayıb.

Səfirliyin bildirdiyinə görə, “görünür, öz elementar hüquqlarından istifadə edən insanlara hədə-qorxu gəlinir” və dövlət strukturları tərəfindən yol verilən pozuntuların araşdırılmasının hələ də aparılmamasından narahatlığını ifadə edir.

“Hazırda nümayişçilərə qarşı bir neçə məhkəmə prosesi gedir. Onların bəzilərini uzunmüddətli həbs cəzası gözləyir. Bundan başqa, dövlət strukturları tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı ciddi araşdırma hələ aparılmayıb. Bizi xüsusilə səhhətinə baxmayaraq, həbsdən azad olunmayan jurnalist Mzia Amaqlobelinin işi narahat edir.

Almaniya səfirliyi Avropa və Amerika tərəfdaşları ilə birlikdə məhkəmə proseslərini müşahidə etməkdə davam edir və hesab edir ki, qanunun aliliyi prinsiplərinə, xüsusən də qanun qarşısında bərabərlik, mütənasiblik, hüquqi təhlükəsizlik və azadlığın qorunması prinsiplərinə hörmət edilməlidir. Məsələn, məhkəmə praktikasında məhkəməyə qədər həbsdən mümkün azadlığa dair hüquqi müddəalara ciddi yanaşılmalıdır.

Görünür, öz elementar hüquqlarından istifadə edən insanları qorxutmaq lazımdır. Mümkün cinayət əməlləri zamanı nümayişçilərə və hüquq-mühafizə orqanlarının nümayəndələrinə fərqli standartlar tətbiq edilməməlidir” – deyə məlumatda bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Landsberqis Gürcüstan haqqında: Bu il gördüyümüz ölkənin Stalinləşməsidir

Növbəti Məqalə

Mən tam əminəm ki, həbs edilən xanım jurnalistin günahı yoxdur – Əfqan Sadıqov

Oxşar Xəbərlər