Partiyanın liderlərindən biri Tamar Çerqoleyişvilinin sözlərinə görə, bu dəfəki nizamnamə texniki hissədə “Gürcü arzusu” xartiyasına uyğundur və İvanişvili rejimi onu ikinci dəfə pozarsa, “bu, sınaq olacaq – biz dərin Rusiyayıq, ya yox”.
“Federalistlər ikinci dəfə partiyanın yaradılması üçün müraciət ediblər. Birincisi tamamilə mənasız və anlaşılmaz səbəblərə görə rədd edildi. İndi biz əlimizdən gələni etdik – “Gürcü Arzusu”nun xartiyasına uyğun olaraq yenidən yazdıq, texniki baxımdan hər şey eynidir, yalnız ideoloji fərqlər var və görək, İvanişvilinin ədliyyə naziri “Gürcü Arzusu”nun xartiyasını pozacaq, ya yox. Bunun üçün bir ay vaxt var, gözləyək, görək partiyanı qeydiyyatdan keçirəcəklər, ya yox.
Mən tərəfdarlarımıza demək istəyirəm ki, İvanişvili rejiminin nə etməsindən asılı olmayaraq, biz bütün variantlarda seçkilərdə iştirak edəcəyik” – Çerqoleyişvili deyir.