Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik cinayətləri törətməkdə təqsirli bilinən 22 nəfər, o cümlədən 12 nəfər narkotik alverçisi olmaqla həbs edilib. Agentliyin məlumatına görə, həbs olunanlar arasında Gürcüstan, Belarus, İordaniya, Ukrayna və Türkiyə vətəndaşları da var.
Narkotik cinayətlərində təqsirli bilinərək həbs edilən şəxslərin şəxsi və yaşayış yerlərinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmçinin külli miqdarda müxtəlif növ narkotik vasitələr: “Heroin”, “Buprenorfin”, “Ekstazi”, “Suboxin”, “Metadon”, “Amfetamin”, “Mefedron”, “Alfa-pvp” və “Marihuana” aşkar edilərək götürülüb.
Sübut kimi polis narkotik vasitələrin satışından pul, yapışqan lentlər və elektrik tərəziləri götürüb”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.