Fransanın Müluz şəhərində baş verən hücum nəticəsində bir nəfər ölüb, ən azı iki polis əməkdaşı ağır yaralanıb. Bu barədə BBC məlumat yayıb.
Hadisə Konqo tərəfdarı nümayişində baş verib, burada polis patrul edirdi.
Hadisə yerində 37 yaşlı əlcəzairli həbs edilib, o, bıçaqla iki polisi – biri boynundan, digəri sinəsindən ağır yaralayıb, basqın edəni dayandırmağa çalışan vətəndaş isə aldığı bıçaq yarası nəticəsində ölüb.
Məlumata görə, hücum edən şəxs hadisə zamanı “Allahu Əkbər!” deyərək qışqırıb. Prokurorluq terror aktı ilə bağlı araşdırmalara başlayıb.