Litva, Latviya və Estoniya 50-dən çox yüksək vəzifəli gürcü məmurunun ölkəyə girişinə qadağa qoyub

Bu günlərdə üç Baltikyanı ölkənin xarici işlər nazirləri sosial şəbəkələrdə Gürcüstanın onlarla yüksək rütbəli məmurlarının ölkələrinə girişinə qadağa qoyulduğunu elan ediblər.  Estoniyanın xarici işlər naziri Marqus Tsaknanın sözlərinə görə, prokurorlar, hakimlər, polislər və parlamentarilər də daxil olmaqla 55 nəfərin Estoniyaya girişi qadağan edilib. 

Latviya 16 nəfər, Litva isə 74 nəfər məmuru persona non qrata elan edib. Litvanın xarici işlər naziri Kestutis Budris qeyd edib ki, qərarın səbəbi Gürcüstanda insan haqlarının kobud şəkildə pozulması və repressiyalardır. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Kəskin vəziyyət saxlanılana qədər Quriyada qalacağıq” – “Güclü Gürcüstan”ın fövqəladə qərargahı 24 saat işləyir

Növbəti Məqalə

Hüquq komitəsində Vətənə xəyanət maddəsi birinci oxunuşda dəstəkləndi

Oxşar Xəbərlər