Qiorqi Baçiaşvili Gürcüstanı necə tərk edib – müştərək investisiya fondunun keçmiş rəhbəri “Reaksiya” verilişində ilk şərhini verir və deyir ki, o, “sistemdəki boşluqlardan və onların arasında olan insanlardan istifadə edib” və hər iki pasportun əlindən alınmasına baxmayaraq, ölkəni tərk edə bilib.
“Sistem saxtalaşdırılıb, işləmir və çoxlu boşluqlar var, orada olan insanlar işi bitirmək üçün motivasiya edilmir. Mən sistemdəki boşluqları və onların arasında olan insanları istifadə etdim” – o deyir.
Baçiaşvilinin sözlərinə görə, “İvanişvilinin qurduğu sistemdə ağıllı adam qalmayıb, hamı İvanişvilini qəzəbləndirməmək üçün motivasiya olunub”.
Jurnalistin bu, Bidzina İvanişvili ilə sövdələşmə müqabilində baş verdiyini soruşduqda, Baçiaşvili deyir ki, “onunla İvanişvili arasında sövdələşmə mümkün deyil”.
“İvanşvili ilə mənim aramda sövdələşmə mümkün deyil və ola bilməz. Mən ona hər cür sövdələşmədən imtina etdim, ilk gün ona kiçik məbləğ təklif edəndə 6 aydan sonra nümayəndəsinə dedim ki, bu məbləğ ümumiyyətlə müzakirə olunmayacaq, olmayacaq, İvanişvili məndən heçnə qopara bilməyəcək. Siyasətdə olduğu üçün insanların onunla nəyisə paylaşmasi, utanc vericidir və bu, birdəfəlik bitməlidir. Bu adam tamamilə çılpaqdır, lakin mən öz həqiqətimi sübut etməkdən əl çəkməyəcəyəm və həm də hər kəsə İvanişvilinin necə bir insan olduğunu bildirməyə çalışacağam”, – Baçiaşvili deyir.