Politico nəşrinin məlumatına görə, Donald Tramp administrasiyasının nümayəndələri Ukrayna müxalifətinin üzvləri ilə gizli danışıqlar aparıblar. Nəşr üç ukraynalı parlamentari və ABŞ xarici siyasəti üzrə respublikaçı ekspertə əsaslanan məlumatları dərc edir.
“Politico” mənbələrə əsaslanaraq yazır ki, Donald Trampın komandasının 4 üzvü Ukrayna müxalifətinin liderlərindən biri Yuliya Timoşenko və keçmiş prezident Pyotr Poroşenkonun komandasının üzvləri ilə görüşüb.
Nəşrin məlumatına görə, gizli görüşdə tərəflər yaxın vaxtlarda Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmamasını müzakirə ediblər.
Politico qeyd edir ki, Timoşenko və Poroşenko indiyədək açıq şəkildə Ukraynada hərbi əməliyyatlar bitənə qədər seçkilərin keçirilməsinə qarşı çıxıblar, eləcədə Kiyev meri Vitali Kliçko.