Zelenskinin Ağ Evdə qalmaqal yaradan geyiminin dizayneri azərbaycanlı xanım dünyanın diqqətində

Ağ Evdə Trampla Zelenskinin görüşü zamanı Ukrayna prezidentinin kostyumda olmaması ilə baglı mübahisə dünyada geniş rezonans doğurdu.
Bu mübahisə Zelenskinin geyiminə diqqəti hədsiz artırdı və mətbuat prezidentin geyimini kimin istehsal etdiyinə diqqəti yönəltdi.

Dünya mətbuatının nəhənglərindən olan “Financial Times” azərbaycanlıların Ukraynada fəaliyyət göstərən “Damirli” firmasının prezident Zelenskinin geyimlərini istehsal etdiyini bütün dünyaya yaydı.

Bütun dünyanın diqqətinin Ukrayna və prezident Zelenski üzərində olduğu vaxta belə məlumatın yayılması istənilən şirkət üçün böyuk hadisə olardı.
Ağ Evdə Zelenskinin geyimi müzakirə olunduqdan sonra şirkətə verilən sifarişlərin kəskin artdığı bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova “Financial Times” qəzetinə müsahibəsində bu barədə maraqlı fikirlər deyib:

“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır… O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Paşinyan: Azərbaycandan Naxçıvana yol təmin etməyə hazırıq

Növbəti Məqalə

Papuaşvili: Litva səfirinin məhkəmə zalında oturması hakimə təzyiq və təhdiddir

Oxşar Xəbərlər