Suriyanın sahil bölgəsində yeni hökumət qüvvələri ilə Əsədin ələvi təriqətinin döyüşçüləri arasında baş verən silahlı qarşıdurmada son məlumatlara görə, 1000-dən çox insan həlak olub. “Reuters” bu barədə Suriya müharibəsini izləyən təşkilata istinadən məlumat yayıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, azı 745 mülki şəxs, Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin ən azı 124 üzvü və Əsədə sadiq 148 döyüşçü həlak olub.
Öldürülənlər arasında ələvi qadınlar və uşaqlar da var.
Yeni rejimlə Əsədə sadiq olanlar arasında toqquşmalar martın 6-da Əsədə sadiq şəxslərin Latakiya əyalətində Suriya hökumətinin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində onlardan 16-nın ölümündən sonra başlayıb.