Rusiya, Çin və İranın hərbi dəniz qüvvələri Hind okeanında birgə təlimlər keçirəcək.
Təlimlər bu ilin mart ayında Oman körfəzi sularında, İranın Çabaxar limanı yaxınlığında keçiriləcək.
Çin Müdafiə Nazirliyinin bəyanatına görə, təlimlər “üç ölkənin etimadı və praqmatik əməkdaşlığının dərinləşməsinə xidmət edir”.
Məlumatı İranın “Mehr” mediası təsdiqləyir, nəşr yazır ki, təlimlər martın 11-də baş tutacaq.
Rusiya Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama verməyib.
Üç ölkənin təlimləri ilk dəfə deyil. Rusiya, İran və Çinin birgə hərbi dəniz təlimləri 2019, 2022, 2023 və 2024-cü illərdə də keçirilib.