Şimali Koreya Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən sonra ilk dəfə olaraq bir neçə ballistik raket atıb. Məlumatı Cənubi Koreya silahlı qüvvələri yayıb.
Şimali Koreyanın bu addımı Cənubi Koreya ilə ABŞ arasında keçirilən birgə hərbi təlimlərdən sonra baş verib və Pxenyan bunu “təhlükəli təxribat aktı” adlandırıb.
Sarı dənizə ölkənin qərb hissəsindən ballistik raketlər atılıb.
Cənubi Koreya və ABŞ martın 20-dək davam edəcək illik “Azadlıq Qalxanı” təlimləri keçirir, lakin Cənubi Koreya hərbi hava qüvvələri səhvən Seul yaxınlığındakı kəndi bombaladıqdan sonra təlimin bir hissəsi dayandırılıb.