Martın 10-da KİV Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələrinin görüşünün planlaşdırıldığı barədə məlumat yayıb.
Dmitri Peskov görüşü rədd edib. Kreml sözçüsü jurnalistlərin görüşlə bağlı sualını belə cavablandırıb:
“Xeyr, təsdiq edə bilmərəm. Bu doğru deyil”.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da eyni mövzuya münasibət bildirmişdi.
“Görüş planlaşdırılmayıb. Mən sizə daha ətraflı məlumat verim, ABŞ-dan görüşlə bağlı məlumat daxil olmayıb”.
Bu il fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətinin görüşü olub. Tərəflərin fikrincə, görüş ölkələr arasında diplomatik münasibətlərin bərpasına xidmət edib.
Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanındadır və onun martın 11-də ABŞ nümayəndələri ilə görüşü gözlənilir.