Gürcüstan Prokurorluğunun məlumatına görə, Xelvaçauri Rayon Məhkəməsi təqsirləndirilən şəxsi xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmək, saxlamaq və satmaqda təqsirli bilib.
POQ-dan verilən məlumata görə, təqsirləndirilən şəxs qanunsuz olaraq, xüsusilə külli miqdarda narkotik vasitə alıb və saxlayıb, onların bir hissəsini satmaq məqsədilə Xelvaçauri bələdiyyəsinin Masaura kəndi və Ortabatumi kəndi ərazisində yerləşdirib.
Xelvaçauri Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “A” hissəsi və 18-ci maddəsinin 260-cı maddəsinin 7-ci hissəsinin “A” yarımbəndi (qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması və xüsusilə külli miqdarda narkotik vasitələrin satılmasına hazırlanması) ilə təqsirli bilib və 16 il müddətinə azadlıqdan məhrum edib.