Tbilisinin Çavçavadze prospektində bir nəfər öldürülüb.
Mövcud məlumata görə, ona maşından bir neçə dəfə atəş açılıb. Hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə 108 və 236-cı maddələri ilə aparılır.