Bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb – prokurorluq

Gürcüstan Prokurorluğunun məlumatına görə, aprelin 20-də Qurcaani bələdiyyəsinin Çumlaki kəndində 1 nəfər qəsdən adam öldürməkdə ittiham olunub.

Qurumdan verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs qisas məqsədilə odlu silahdan zərərçəkmişə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

İstintaq həmçinin müəyyən edib ki, atışma zamanı hadisə yerində olan daha iki nəfər yaralanıb.

“Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin B bəndi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, başqa şəxsin sağlamlığına qəsdən təhlükə törətməklə) və 236-cı maddəsinin 3 və 4-cü hissələri (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə) ilə qiyabi ittiham irəli sürülüb, hansı ki, 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.” – deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstana vizasız daxil ola biləcək ölkələrin siyahısı artır

Növbəti Məqalə

Məhkəmənin həyətində saxlanılan şəxs 4000 lari məbləğində cərimələnib

Oxşar Xəbərlər