“Gürcü Arzusu” Gürcüstanı Aİ ilə Assosiasiya Sazişini itirməyə çalışır – Samadaşvili

“Gürcü Arzusu” Gürcüstanı Avropa İttifaqı ilə assosiasiya sazişini itirməyə çalışır, – bu barədə “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Salome Samadaşvili bildirib.

Onun qiymətləndirməsinə görə, Aİ tərəfindən şəxsən Bidzina İvanişvili və onun komandasına sanksiya tətbiq etmədi , daha təsirli addım olardı və gürcü xalqı bu prosesdən daha az itki ilə çıxardı”.

“Biz görürük ki, “Gürcü arzusu” Rusiyanın tapşırığını yerinə yetirir. O, nəyin bahasına olursa-olsun çalışır ki, Gürcüstan nəhayət, gələcəkdə nəinki Avropa İttifaqına daxil olmaq şansını, həm də Assosiasiya sazişini, azad ticarət və vizasız gediş-gəlişi itirsin. Hesab edirəm ki, Avropa İttifaqı İvanişviliyə və onun rejiminə sanksiya tətbiq etsəydi, gürcü xalqı bu prosesdən daha az itki ilə çıxsaydı, daha effektli olar.

Eyni zamanda, biz başa düşməliyik ki, Rusiyanın müttəfiqləri bu ölkəni idarə etməyə və Rusiyanın tapşırıqlarını yerinə yetirməyə davam etsələr, Gürcüstan üçün Assosiasiya Sazişinin dayandırılması və viza rejiminin liberallaşdırılmasının dayandırılmasının tezliklə gündəmə gəlməsi şansı bir o qədər reallaşır”, – Salome Samadaşvili bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Viza liberallaşdırılmasına yenidən baxılması təhlükəsi realdır – Bokuçava

Oxşar Xəbərlər