“Hakimiyyət ancaq ciblərini doldurmaqda, tenderlərdə iştirak etməkdə və öz mövqelərini qorumaqda maraqlıdır”.
Neytral.ge xəbər verir ki, “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Ana Dolidze bu barədə keçirdiyi brifinqdə bildirib və ölkədə artan cinayət və yol qəzalarından danışıb.
Ana Dolidzenin sözlərinə görə, zorakılıq halları da artıb.
Müxalifətçi qeyd edib ki, hakimiyyət zorakılığın azaldılması və insanların təhlükəsizliyinin qorunması üçün heç bir iş görmür.
“Dünən Gürcüstanda yenidən bir neçə dəhşətli qətl hadisəsi baş verib. Eyni zamanda bir neçə dəhşətli yol qəzası da qeydə alınıb. Bu, Gürcüstan vətəndaşlarının həyatında adi bir haldır və bu, bizi bir daha düşünməyə vadar etməlidir ki, biz nə vaxta qədər hər gün qorxu və dəhşət altında yaşamalıyıq. Növbəti seçkilərdə bu gündəlik qorxu və ya təhlükəsizlik arasında seçim etməliyik. Təhlükəsizlik Gürcüstan vətəndaşlarının bu gün qoruya və istifadə edə bilmədiyi əsas hüquqlardan biridir. Xatırlatmaq istərdim ki, Gürcüstanda hər il yol qəzalarında 500-ə yaxın insan ölür və onlardan 30-a yaxını uşaqdır. Bu, istənilən Avropa ölkəsinin göstəricisindən 10 dəfə çoxdur. Bundan başqa, Gürcüstanda hər il 100 qətl hadisəsi baş verir. Ötən il 82 qətl hadisəsi qeydə alınıb.
Hər gün Gürcüstan vətəndaşlarının həyatının qorxulu olduğunu bir daha düşünməliyik. Təsəvvür edin ailə üzvlərimizin hüququ qorunmur”, – Dolidze bildirib.