Rikotidə yolun hərəkət hissəsinə enən su və palçıq kütləsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Neytral.ge xəbər verir ki, güclü yağış, su və palçığın yola axması nəticəsində Rikoti yolunun hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Yollar İdarəsindən verilən məlumata görə, bir neçə dəqiqə ərzində nəqliyyatın hərəkəti dayandırılıb, xüsusi texnika işləyib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda yolun hərəkət hissəsi tam təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub.