Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü şəxsi qəsdən adam öldürməkdə təqsirli biliblər.
Neytral.ge bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaqda müəyyən edilib ki, iki nəfər arasında yaranmış mübahisə nəticəsində təqsirləndirilən şəxs ov tüfəngi ilə qonşusuna atəş açıb.
Zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs “isti izlər”lə yaxalanıb.
Polis cinayətdə istifadə olunmuş ov tüfəngini sübut kimi götürüb. Hadisə qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, – məlumatda deyilir.