Polşa öz aviasiyasını işə salıb

Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa öz aviasiyasını işə salıb

Neytral.ge xəbər verir ki, bu barədə Polşa ordusunun əməliyyat komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Polşa hərbçilərinin qeyd etdiyi kimi, onlar Rusiyanın “Ukraynanın qərb hissəsində yerləşənlər də daxil olmaqla” hədəflərə intensiv zərbələr endirməsini izləyirlər.

Polşa məlumatlarına görə, Qərbi Ukraynada zərbələr endirilən Rusiya aviasiyasının oxşar aktivləşməsi sonuncu dəfə iyulun 8-də qeydə alınıb. Daha sonra Rusiya Kiyevə kütləvi raket hücumu həyata keçirdi və nəticədə itkilər oldu.

Polşa hərbçiləri ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri prosedurların həyata keçirildiyini qeyd ediblər.

Məlum olduğu kimi, Rusiyanın raket hücumu nəticəsində Kiyevin bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb, Volın vilayətinin Lutsk şəhərində isə çoxmərtəbəli binaya ziyan dəyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili Abxaziyanı tanımaq niyyətindədir?

Növbəti Məqalə

Piyadanın ölümü ilə nəticələnən yol qəzası

Oxşar Xəbərlər