Belqorod vilayətində 4 yaşayış məntəqəsi boşaldılır

Neytral.ge xəbər verir ki, Belqorod vilayətində 4 sərhəd yaşayış məntəqəsinin boşaldılması davam edir.

Avqustun 28-də axşam saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov fərman verib.

Qladkovun sözlərinə görə, Poroz, Dronovka, Stari Xutor və Pavlovka sakinləri müvəqqəti olaraq köçürüləcək. Bundan başqa, Vyazovoe kəndinə gedən yol da bağlanacaq. 

Qubernatorun sözlərinə görə, rayon rəhbərliyi bu qərarı “gərgin əməliyyat vəziyyəti” ilə əlaqədar verib.

Bundan başqa, məlum olub ki, Rusiya-Ukrayna sərhədindən 20 kilometr radiusda yerləşən Belqorod məktəbləri distant rejimdə işləyəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Hökumət ştatdankənar işçilərinə rekord məbləğdə – 261 milyon lari maaş köçürüb

Növbəti Məqalə

Zaxarova: Amerika muzdluları Kurskda döyüşür

Oxşar Xəbərlər