Azyaşlı qızını məcburi evləndirməyə cəhd edən ata həbs olunub

Gürcüstan Prokurorluğu yetkinlik yaşına çatmayan qızını məcburi evləndirməyə cəhd edən ataya ittiham irəli sürüb.

Neytral.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 17 yaşlı qızını öz istəyinə zidd olaraq seçdiyi kişi ilə evləndirməyə məcbur edib. Zərərçəkmiş evlənməmək üçün ölkəni tərk etməyə çalışıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi avqustun 28-də həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsi, 150-ci Prima maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi (bir ailə üzvü tərəfindən digər ailə üzvünə qarşı zorla nikaha girmə, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilən) ilə ittiham olunub. Cinayət 4 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Prokurorluq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, – məlumatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Çin və Filippin arasında gərginlik

Növbəti Məqalə

Putin həbs edilə bilər

Oxşar Xəbərlər