“Şəxsi sanksiyalar çox yaxındır” – Anna Potiqa Gürcüstandadır
Neytral.ge xəbər verir ki, Anna Potiqa artıq Gürcüstandadır. Avropa Parlamentinin deputatı görüşlər üçün Tbilisiyə gəlib, sabah o, İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin „Həlledici il” adlı konfransını açacaq.
Bu gün Anna Potiqa Lex Kaçinski abidəsinə gələrək təyyarə qəzasında faciəvi şəkildə həlak olan Polşa prezidentinin xatirəsini ehtiramla yad edib. O, Gürcüstana gəlişinin səbəbindən də danışıb və bunu gürcü xalqına dəstək olmaq üçün etdiyini bildirib.
Bundan əlavə, Avropa Parlamenti deputatı demokratiyanın vacibliyindən danışıb və “Gürcü arzusu”na qarşıdan gələn sanksiyaları bir daha xatırladıb.
“Mənim məqsədim gürcü xalqına dəstək olmaqdır. Təbii ki, mən səfərlərimə Lex Kaçinskinin xatirəsini ehtiramla yad etməklə başlayıram, çünki o, azadlıq mücahidi idi. Mən onun söz azadlığı ilə bağlı fikirlərini bilirəm. Siyasi partiyalar demokratiyanın mühüm təminatıdır, onların işini məhdudlaşdırmaq yolverilməzdir. İndi Gürcüstanda baş verənlər çox üzücüdür. İnsanlar bunu Gürcüstandan kənarda da görürlər. Şəxsi sanksiyalar çox yaxındır. Biz gürcü xalqına kömək etməyə çalışırıq, amma seçkilərə qədər heç nə dəyişməsə, sanksiyaların şahidi olacağıq. Deyəsən, “Gürcü arzusu” Avropaya qarşıdır, qalanı gürcü xalqının işidir”, – polşalı diplomat bildirib.
Avropa Parlamentinin deputatı Mixail Saakaşvilini də ziyarət etmək istəyir, lakin Gürcüstan hakimiyyətinin ona icazə verib-verməyəcəyi hələlik məlum deyil.
Anna Potiqa üç gün Gürcüstanda qalacaq.