Netanyahu ölən girovların ailələrindən üzr istəyib

İsrailin baş naziri Benyamin Netanyahu girovların azad edilməsinə dair razılaşmanın qarşısının alınmasına görə məsuliyyət daşıdığına dair həm yerli, həm də beynəlxalq tənqidləri rədd edərək, razılaşmanın əldə olunmasının gecikməsinə və girovların ölümünə görə yalnız Həmas-ın məsuliyyət daşıdığını bildirib.

“Biz onları xilas edə bilmədik. Halbuki biz onlara çox yaxın idik. Bu, ilk növbədə, HƏMAS-ın razılaşmanı istəmədiyi üçün baş verdi”, – Netanyahu bildirib.

Bundan əlavə, İsrailin baş naziri ölən girovların ailələrindən üzr istəyib.

“Dünyasını dəyişən girovların ailələrindən üzr istəyirəm, çünki biz girovları sağ-salamat geri qaytara bilmədik. ”, – deyən Hatanyahu HƏMAS-a onları öldürməyin çox baha başa gələcəyini bildirib.
Netanyahunun sözlərinə görə, İsrailin müharibəsinin məqsədləri HƏMAS-ı məhv etmək, bütün girovları geri qaytarmaq, Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək və şimal sərhədi sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmasına şərait yaratmaqdır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Papuaşvili boykot rejimində olan müxalifətə “yox” yazıb

Növbəti Məqalə

33 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb

Oxşar Xəbərlər